Siyarto: İrəvan-Bakı normallaşmasını dəstəkləyirik

saytların hazırlanması

Evə çatdırılma

Siyarto: İrəvan-Bakı normallaşmasını dəstəkləyirik

Dünya

06 May 2024 16:48 550


Macarıstan Ermənistan və Azərbaycanın sülh istiqamətində atdığı mühüm addımları alqışlayır.

Yenisabah.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Ermənistan xarici işlər naziri Ararat Mirzyanla birgə mətbuat konfransında deyib.

“Əgər dinc vasitələr tapmasaq, planet tezliklə Üçüncü Dünya müharibəsinə yaxınlaşacaq. Təəssüf ki, Qafqaz regionu son illər region sakinlərinə əziyyət verən münaqişələrin şahidi olub. Məqsədimiz sülhü təşviq etməkdir. Bu, Cənubi Qafqaza da aiddir. Biz regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistan və Azərbaycanın sülh istiqamətində atdığı mühüm addımları alqışlayırıq. Macarıstan sülh səylərinə töhfə vermək istərdi”, - deyə nazir əmin edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!