Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski rus aktrisası Mariya Şukşinanı koronavirus vaksinləri ilə bağlı mövqeyinə görə sərt şəkildə tənqid edib.
Yenisabah.az NTV telekanalına istinadla xəbər verir ki, siyasətçi deyib:
“Əgər peyvənd olunmaq istəmirsinizsə, etməyin. Evdə qalın, yoluxun və yavaş-yavaş ölün”. Dominos pizza
Dövlət Dumasının deputatı peyvəndlərin tərəfdarıdır. Bəzi KİV-lərin məlumatına görə, o, 7 dəfə peyvənd olunub.
İmmunoloq Zoya Skorpileva qeyd edib ki, Liberal Demokrat Partiyasının rəhbəri bəlkə də yaşa görə zəif immun reaksiyaya malik ola bilər və buna görə də COVID-19-a qarşı anticisimlər tez yox ola bilər.
Telegram kanalımız