Almaniya Sosial Demokrat Partiyasının (SPD) keçmiş lideri, Almaniya kansleri Olaf Şoltsla bağlı qalmaqallı iddia ortaya atılıb. Belə ki, kanslerin partiyasının adı əyləncə gecələri, qadinarla əlaqə və narkotikdə hallanır.
Cebhe.info-nun “Tagesspiegel”-ə istinadən məlumatına görə, kanslerin də iştirak etdiyi belə əyləncə gecələrində ən azı səkkiz qadın içkilərinə nəsə əlavə olunduğundan şikayətlənib.
Belə ki, 21 yaşlı qız məclisdən sonra özünü pis hiss edib, başgicəllənmə və yaddaşın itməsindən şikayətlənib. Berlin polisinin dediyinə görə, o, spirtli içki qəbul etməyib, lakin digər qonaqlar kimi hər şeyi yeyib-içib. Ona toksikoloji ekspertiza təyin edilib. pizza mizza
Bildirilir ki, tədbirdə deputatlar, Bundestaqın əməkdaşları və müxtəlif seçki dairələrinin nümayəndələri iştirak ediblər. “Tagesspiegel” iddia edir ki, redaktorlar SPD parlament qrupunun lideri Matthias Martin-in Bundestaq üzvlərinə yazdığı məktubu oxuyublar.
Məktubda yazılır: “Bizim yay şənliyimizdə həmkarlarımıza açıq-aşkar hücumlar olub. Bu, dərhal polisə xəbər verdiyimiz dəhşətli hadisədir”.
Söhbət “zorlama narkotikləri” adlandırılan məhsuldan gedir. Onu zərərçəkmişi köməksiz vəziyyətə salmaq üçün içkiyə qarışdırırlar, səhər isə şəxs heç nə xatırlamır.
SPD parlament qrupu digər qurbanlara "oxşar hadisələr barədə dərhal polisə məlumat verməyi" tövsiyə edib.
Berlinin hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Nəşr aydınlaşdırır ki, şənbə günü səhərə qədər ümumilikdə beş qurbanın şikayəti qeydə alınıb.
Telegram kanalımız