Koronavirusa yoluxma səbəbi ilə dünən keçirilən Zəfər Paradına qatıla bilməyən deputat Siyavuş Novruzov açıqlama ilə çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, deputat açıqlamasında bildirib ki, 44 gün davam edən Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edən Azərbaycan yeni tarix yazdı.
“Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Parad qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrildi. Çünki bu həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi. pizza sifarişi
Bu, eyni zamanda, Müzəffər Azərbaycan Ordusunun gücünü bir daha düşmənə, onun havadarlarına – ermənipərəst dairələrə göstərdi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Digər tərəfdən, bu möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Bizim dostluğumuz, qardaşlığımız əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq!
Eşq olsun qüdrətli Azərbaycan dövlətinə və mübariz xalqımıza! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın qalib Azərbaycan Ordusu!”.
Telegram kanalımız