“Siyavuş Novruzov YAP və Milli Məclisdən qovulsun!” – Canlı efirə içkili çıxmaq qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

“Siyavuş Novruzov YAP və Milli Məclisdən qovulsun!” – Canlı efirə içkili çıxmaq qalmaqalı

Siyasət

08 Aprel 2021 11:54 1344


“YAP-ın və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun YAP-dan və Milli Məclisdən qovulması barədə təşəbbüs qaldırmalıdırlar”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü çıxış edib. O, bildirib ki, S. Novruzovun Müsavat TV-nin efirinə sərxoş çıxması bu addımı zəruri edir:

“Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır! Toyuqlu pizza

Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və Parlamentin dəyişməz siması olaraq qalacaq!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!