Siyəzəndəki dəhşətli qəzada 6 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Siyəzəndəki dəhşətli qəzada 6 nəfər öldü

Hadisə

15 Dekabr 2022 11:13 952


Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub. 

Bu barədə "Report"un Şimal bürosu məlumat əldə edib.

Məlumata görə, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Sezar pizza

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!