“Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım

“Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım

Şou Saytların hazırlanması

22 Mart 2023 23:57 1694


Xalq artisti Röya Ayxan bu gün avtomobil qəzasında həlak olan Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, sənətçi bu xəbərdən kədərləndiyini sosial şəbəkə hesabında yazaraq, mərhumun xanımı Əməkdar artist Dilarə Əliyevaya başsağlığı verib.

“Çox ağır bir xəbər aldıq. Daha bir gözəl insanı itirdik! Oqtay müəllim, siz mənim bütün addımlarımda yanımda oldunuz.

Neçə gəncə dəstək verdiniz! Hər şey üçün çox sağ olun! Ruhunuz şad olsun! Allah rəhmət eləsin! Dilarə xanım, sizə böyük səbr arzu edirəm!”, - deyə Röya yazıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!