Üçüncü dəfə Slovakiyanın Baş naziri seçilən Robert Fiko ölkəsinin Ukraynaya heç bir hərbi yardım etməyəcəyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, Slovakiya parlamentinin üzvləri ilə görüşdə bildirib.
“Lakin biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik. bu mənim hökumətimin rəsmi siyasəti olacaq”, – deyə Fiko bildirib. Sezar pizza
Nüfuzlu “Politico” nəşri bununla bağlı daha əvvəl bildirmişdi ki, Slovakiya rəhbəri 2009-cu ildə Kiyevdə ona qarşı olan soyuq münasibətdən inciyib. Nəşr yazır ki, Slovakiya hökumət eşelonlarının anti-Ukrayna mövqeyi məhz bununla izah edilir.
Xatırladaq ki, Ukraynaya səfəri zamanı Slovakiya nümayəndə heyəti ovaxtkı Baş nazir Yuliya Timoşenko ilə görüş üçün üç saat gözləməli olub. Bundan sonra o, Fikonu “rusiyapərəst mövqeyinə” görə kameralar qarşısında danlamışdı.
Telegram kanalımız