Sobçak və Simonyana qarşı sui-qəsddə 16 yaşlı müttəhim

saytların hazırlanması

Evə çatdırılma

Sobçak və Simonyana qarşı sui-qəsddə 16 yaşlı müttəhim

Dünya

06 Avqust 2023 07:57 1404


Rusiya jurnalistləri Marqarita Simonyan və Kseniya Sobçaka qarşı sui-qəsdin hazırlanması ilə bağlı cinayət işində yeni müttəhim tapılıb. O, təşkilat üzvlərinə hücumların təşkilində kömək edən 16 yaşlı Anastasiya adlı qızdır.

Məlumata görə, Anastasiya Mərkəzi Asiyadan olan miqrantlarla tanış olmalı və onları qrup üzvlərinin hücum edəcəyi kimsəsiz yerlərə çəkməli idi. İstintaq müəyyən edib ki, qız bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq üzrə iş materiallarında göstərilən azı iki epizodda iştirak edib.

Anastasiyanın barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib. O, çox güman ki, bu işdə şahid qismində tanınacaq. pizza hut

Qeyd edək ki, Marqarita Simonyan və Kseniya Sobçaka qarşı iyul ayının 16-da sui-qəsdə cəhd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!