ŞOK! Bakıda 1 milyon manata aptek satılır -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

ŞOK! Bakıda 1 milyon manata aptek satılır - FOTOLAR

Sosial

06 Noyabr 2024 15:30 1953


Bakının Nəsimi rayonu, Həsən Əliyev (keçmiş İnqilab) küçəsində fantastik qiymətə aptek satılır. Aylıq icarə haqqı 4500 manat olaraq nəzərdə tutulan obyektin satış dəyəri isə nə az nə çox 1 milyon manatdır. 

Yenisabah.az xəbər verir ki, sözügedən aptekin satışı ilə bağlı satış saytlarının birində elan dərc edilib. Elanda aptekin sahəsinin 100 kvadratmetr olduğu bildirilir. 

5 otaqdan ibarət olan aptekin satış qiyməti internet istifadəçiləri tərəfindən geniş maraqla qarşılanıb. Ümumiyyətlə isə son zamanlar sözügedən ərazidə, yəni Həsən Əliyev küçəsi və “Gənclik” metrostansiyasının ətrafında ev, mənzil və obyektlərin katostrofik satış qiymətləri adi hala çevrilib. Bundan bir müddət öncə isə, burada həyət evlərinin biri 2.5 milyon manata satışa çıxarılmışdı. pizza mizza

Market, mağaza və klinika tipli obyektlərin yüksək məbləğdə satışı dəfələrlə müşahidə edilsə də, “əlyandıran” qiymətə aptek satışı demək olar ki, ilk dəfədir. Əksər realtorlar bu cür pik qiymətləri obyektin ərazisi, yerləşdiyi yer və aylıq gəlirinin yüksək olması ilə əlaqələndirirlər. 

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!