Məqsədimiz müqaviləyə xitam vermək və ya Rusiya telekanallarını bağlamaq deyil, biz tərəflərin kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında Ermənistan-Rusiya sazişə sadiq olmasını istəyirik.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan bildirib.
O, əmin edib ki, nazirlik qarşısına televiziya proqramlarının bağlanması vəzifəsini qoymayıb. Dominos pizza
Xatırladaq ki, 2024-cü ilin mart ayının sonundan etibarən Ermənistanda rusiyalı jurnalist Vladimir Solovyovun proqramlarının yayımı qadağan edilib.
Nazir izah edib ki, söhbət Rusiya kanallarından gedir, Ermənistan-Rusiya hökumətlərarası sazişində ictimai multipleksdə yayımla bağlı oyun qaydaları, o cümlədən Ermənistanın İctimai Televiziyasının Rusiya ərazisində yayımlanması imkanları göstərilir.
O, Rusiya və Ermənistanın iki məsləhətləşmə apardığını, lakin tərəflərin konsensus əldə etmədiyini bildirib.
Telegram kanalımız