Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə danışıqları davam etdirmək istədiyini açıqlayıb.
Yenisabah.az "Welt"ə istinadla xəbər verir ki, alman siyasətçi Rusiya lideri ilə sıx təmasdadır və qarşılıqlı əlaqəni dayandırmaq fikrində deyil.
Şolz deyib: “Mən Moskvada Rusiya prezidenti ilə uzun masa arxasında görüşdüm. Onunla dəfələrlə telefonla danışmışam. Mən açıq şəkildə bunu davam etdirəcəyəm". Dördpendirli pizza
Bundan əvvəl kansler artıq Rusiya prezidenti ilə dialoqun vacibliyindən danışıb. Şolz bildirib ki, xüsusilə böhran dövründə birbaşa ünsiyyət vacibdir və o, Qərbin mövqeyini Moskvaya belə çatdıra bilər.
Buna baxmayaraq, siyasətçi yaxın gələcəkdə Rusiya ilə münasibətlərin normallaşdırılmasını mümkün hesab etmir.
Telegram kanalımız