Qəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. pizza sifarişi
Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Telegram kanalımız