“Son sutkada Rusiyanın 4 təyyarəsi, 1 helikopteri məhv edilib“   - Ukrayna MN

saytların hazırlanması

Evə çatdırılma

“Son sutkada Rusiyanın 4 təyyarəsi, 1 helikopteri məhv edilib“ - Ukrayna MN

Dünya

28 Mart 2022 09:37 316


Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv edib.

Yenisabah.az xəbər verir ki, məlumat Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılıb.

Məlumata görə, son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib, canlı qüvvələri itkisinin sayı dəqiqləşdirilir. Marqarita pizza

Bildirilib ki, Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zapaoroje və Mikolayev istiqamətində müdafiə tədbirlərini gücləndirib.

Ukrayna Silahlı Qüvvələri ölkə paytaxtı Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərqi istiqamtindən girməsinin qarşısını alır, onları sıxışdırırlar.

Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edir.

Qeyd edək ki, Rusiya Ukraynada fevralın 24-də hərbi əməliyyatlara başlayıb.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!