Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırmalara başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırmalara başlanıldı

Kriminal

14 Aprel 2025 18:59 341


Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu bərədə "Report"un yerli bürosuna DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, - açıqlamada qeyd olunub. pizza hut

Bildirək ki, azyaşlı qız amansızcasına döyülüb, videoya çəkilib, görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!