Şoyqu əhatə dairəsindən kənardadır   - ABŞ ordusu xüsusi kanalla onunla niyə əlaqə yarada bilmir?

saytların hazırlanması

Evə çatdırılma

Şoyqu əhatə dairəsindən kənardadır - ABŞ ordusu xüsusi kanalla onunla niyə əlaqə yarada bilmir?

Dünya

24 Mart 2022 15:08 874


ABŞ ordusunun ali komandanlığı, o cümlədən müdafiə naziri Lloyd Ostin dəfələrlə xüsusi kanal vasitəsilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla əlaqə saxlamağa cəhd edib. Lakin Rusiya tərəfi bütün danışıq cəhdlərini rədd edir.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Amerika tərəfi deyir ki, iki ən böyük nüvə dövləti arasında belə söhbətlər lazımsız eskalasiyadan və ya çaşqınlıqdan qaçmaq və ümumiyyətlə hər hansı anlaşılmazlığı müzakirə etmək üçün lazımdır. Xüsusən də, Ukraynada davam edən hərbi əməliyyatlar kontekstində. Marqarita pizza

Bundan əvvəl Rusiya KİV-i müdafiə naziri Sergey Şoyqunun martın 11-dən ictimai məkanda görünməməsinə diqqət çəkib.

"Agentstvo" nəşri öz mənbəsinə istinadən Şoyqunun ürəyində problem olduğunu iddia edib.

Rusiyanın müdafiə naziri təxminən 2 həftədir ki, ictimai baxışdan itib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!