"Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun indi çoxlu qayğısı var, bu, media fəaliyyəti üçün ən yaxşı vaxt deyil".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qulaq asın, xüsusi hərbi əməliyyat gedir. Təbii ki, indi medianın fəaliyyətinin vaxtı deyil. Bu, tamamilə başadüşüləndir", - deyə Peskov jurnalistlərə açıqlamasında qeyd edib. Dördpendirli pizza
O, "Agentstvo" nəşrinin Şoyqunun informasiya məkanından “səhhətindəki problemlərlə əlaqədar yoxa çıxması” barədə iddianı cavablandırıb:
“Agentstvo"ya məhəl qoymayın, bu sualla Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm".
Telegram kanalımız