Bir müddətdir ki, yeri məlum olmayan Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 13 gündən sonra üzə çıxıb. Lakin onun görüntüsü müəyyən şübhələr yaradın.
Yenisabah.az xəbər verir ki, Şoyqu Təhlükəsizlik Şurasının onlayn formatda iclasına qatılıb. Onun ekrandakı əksi müəyyən gecikmə ilə baş verib. Bu, görüntünün köhnə olması barədə iddia doğurub.
Rusiya müdafiə nazirinin 13 gün yoxa çıxması müxtəlif şayiələrə səbəb olsa da, bir çoxları Ukraynadakı uğursuzluğa görə Şoyqunun işdən çıxarıldığını iddia edirdi. Bəziləri isə müdafiə nazirinin səhhətində problemlər olduğu qənaətində idi. Bu haqda "Agentstvo" nəşri də yazıb. pizza hut
Kremlin sözçüsü Dmitri Peskov Təhlükəsizlik Şurasının iclasından sonra Rusiya mətbuatına açıqlama verərək, Şoyqunun Prezident Vladimir Putinə əməliyyatlarla bağlı hesabat təqdim etdiyini bildirib.
“Müdafiə naziri Soyqu xüsusi hərbi əməliyyatın gedişi, habelə humanitar yardımın çatdırılması, azad edilmiş ərazilərdə həyati vacib infrastrukturun bərpası və təhlükəsizliyin təmin edilməsi barədə məlumat verib”, - Peskov deyib.
Bununla belə, S. Şoyqunun onlayn iclasdakı görüntüsü şübhələri qüvvədə saxlayıb. Rusiya siyasi fəalları sosial şəbəkələrdə mövzunu geniş müzakirə edir və əksər fikirlər müdafiə nazirinin iclasda iştirak etmədiyi, görüntünün köhnə olması yönündədir.
Telegram kanalımız