Rusiyanın müdafiə naziri Şoyqu İstanbulda türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Şoyqu və Akar Qara dəniz regionu və Ukraynadakı vəziyyəti, o cümlədən Yaxın Şərqdəki, xüsusən də Suriyadakı vəziyyəti müzakirə ediblər.
Rusiya hərbi idarəsinin rəhbəri Akarın diqqətini ABŞ hərbçilərinin uzun müddətdir ki, suveren Suriya dövlətinin ərazisində olmasına yönəldib. Şoyqu onların orada qalmalarını beynəlxalq normaların pozulması adlandırıb və vurğulayıb ki, terrorçu qrupların yaraqlıları ABŞ-da yerləşən Əl-Tanf kimi bazalarda təlim keçir. pizza sifarişi
Şoyqu ABŞ-ın Suriyanın rəsmi hökumətinə qarşı birtərəfli sanksiyalarının qeyri-qanuni olduğunu da qeyd edib. O vurğulayıb ki, bu məhdudiyyətlər ölkədəki ağır humanitar vəziyyəti daha da gərginləşdirir. Həmçinin, Suriyada atəşkəsin qorunmasının vacibliyini qeyd edib.
Telegram kanalımız