Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İbtidai Palatası Ukrayna böhranı ilə bağlı Rusiyanın keçmiş müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
Yenisabah.az BCM-in saytına istinadla xəbər verir ki, şahidlərin müdafiəsi və istintaqın təhlükəsizliyini təmin etmək üçün orderlərin məzmunu gizli saxlanılır.
Mart ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya BCM qərarını tanımır. Marqarita pizza
O, Rusiya Federasiyasının uzaqmənzilli aviasiya komandiri general-leytenant Sergey Kobılaş və Qara dəniz donanmasının komandiri admiral Viktor Sokolovun həbsinə order verilməsi ilə bağlı BCM-nin qərarını da eyni cür şərh edib.
2023-cü ildə BCM Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib.
Telegram kanalımız