Şoyqunun müavini həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Şoyqunun müavini həbs olundu

Dünya

24 Aprel 2024 11:18 460


Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə müdafiə nazirinin müavini Timur İvanovu 2 ay müddətinə həbs edib.

Yenisabah.az “İnterfaks”a istinadla xəbər verir ki, o, iyunun 23-dək həbsdə qalacaq.

İşlə məşğul olan digər şəxs, nazir müavini Sergey Borodinin tanışı da eyni müddətə həbs edilib. Toyuqlu pizza

Məhkəmənin rəyinə görə, hər iki şəxs xüsusilə külli miqdarda rüşvət almaqda (CM-nin 290-cı maddəsinin 6-cı hissəsi) ittiham olunub.

Müdafiə naziri Sergey Şoyqunun müavini T. İvanovun saxlanması aprelin 23-ü axşam saatlarında məlum olub. O, Müdafiə Nazirliyində idarə obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edib, Silahlı Qüvvələrin əmlakının idarə edilməsi, qoşunların yerləşdirilməsi, mənzil və tibbi təminatın təşkilinə cavabdeh olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!