Söyüşə görə qonşusunu öldürmək istəyən şəxsə cəza verildi 

saytların hazırlanması

Evə çatdırılma

Söyüşə görə qonşusunu öldürmək istəyən şəxsə cəza verildi 

Kriminal

05 Aprel 2023 09:29 701


Ali Məhkəmədə Şabranda qonşusunu öldürməyə cəhddə ittiham edilən Araz Abbasov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prsoesdə qərar elan edilib.

Qərara əsasən, onun şikayəti təmin edilməyib. pizza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Araz Ababsov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1992-ci il təvəllüdlü Abbasov Araz Adil oğlu onu təhqir edən, “peysər” deyərək aşağılayan 1991-ci il təvəllüdlü Qasımov Rəşad Sücaəddin oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Araz Abbasov deyib ki, hadisə günü qonşusu Rəşad Qasımov məhəllədə onu təhqir edib. Gün ərzində bir neçə dəfə təhqir etdiyi üçün onu vurub. Məlum olub ki, Rəşad Qasımov məhəllədə ona "peysər" deyib. Bu zaman orada başqa tanışları da olub. Bunu qəbul etməyən Araz qisas almaq üçün Rəşadı bıçaqlayıb. Zərərçəkmiş Araz Abbasovu bağışladığını deyib.

Hadisədən bir gün əvvəl bu işdə adı çəkilən 4 nəfər birlikdə qumar oynayırmışlar. Samir Qəhrəmanov oyun zamanı "kartı paylayanın nəsil-nəcabətini öpüm" deyə ifadə işlədib. Bu söz Araz Abbasovun xoşuna gəlməyib və hirslənib.

Araz Abbasov məhkəmədə danışmasa da, məlum olub ki, istintaq zamanı ifadəsində göstərib ki, həmin vaxt kartı puldan oynayırmışlar. Bu sözlərə hirslənərək əlində olan 5 manatı stola çırparaq oradan çıxıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!