Şri-Lanka prezidenti Qotabaya Racapaksa iqtisadi böhranla bağlı kütləvi etirazlar fonunda hərbi təyyarə ilə ölkədən qaçıb.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, ölkənin Hərbi Hava Qüvvələri 73 yaşlı Racapaksanın arvadı və 2 təhlükəsizlik əməkdaşı ilə Maldiv adalarına uçduğunu təsdiqləyib. Onlar paytaxt Maleyə yerli vaxtla saat 03:00 radələrində gəliblər.
Racapaksanın qaçışı Şri-Lankanı onilliklər boyu idarə edən ailə sülaləsinin sonu olub. O, iyulun 11-də izdiham iqamətgahına girdikdən sonra gizlənib. Pepperoni pizza
Bundan əvvəl prezident istefaya gedəcəyini vəd edib. Amma istefa ərizəsini hələ parlament sədrinə təqdim etməyib.
Dövlət başçısının qardaşı, keçmiş maliyyə naziri Basil Racapaksa da ölkəni tərk edib. O, ABŞ-a gedib.
Hazırda ölkədə fövqəladə vəziyyət rejimi elan olunub.
Telegram kanalımız