“Stepanakert adı da cəhənnəmə gedəcək, Xankəndidə də bayrağımız ucalacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Stepanakert adı da cəhənnəmə gedəcək, Xankəndidə də bayrağımız ucalacaq”

Sosial

02 Dekabr 2020 23:51 2446


7 rayon məsələsinə əbədi olaraq son qoyuldu.

Bəzən belə bir fikir səslənir ki, “əşşi, onsuz da bu 7 rayonu qaytaracaqdılar – filan”. Bilməyənlər bilsin, hətta 5 rayon danışıqlar yolu ilə qaytarıldığı təqdirdə, ATƏT-in Minsk Qrupunun prinsiplərinə əsasən Laçın və Kəlbəcərin qaytarılması qeyri-müəyyən vaxtı nəzərdə tuturdu.

Açığı, heç real da görünmürdü. Yəni ki, “Gəlin Qarabağın statusunu müzakirə edək, bizi qane etsə, bu iki rayonu da qaytararıq” idi yanaşma. Bu azmış, nə o beş, nə də o iki rayonda Azərbaycan öz qoşunlarını yerləşdirə bilməzdi. pizza hut

Şuşada isə oraya qayıdan azərbaycanlılar erməni administrasiyasının nəzarəti altında yaşamalıydılar. Amma kim qayıdardı Şuşaya belə olan halda?

Odur ki, dəfələrlə təkrar edəcəm – tarixi Qələbədir, misilsiz Qələbədir, inanılmaz Qələbədir!  Hər şey çox yaxşı gedir, Stepanakert adı da cəhənnəmə gedəcək, Xankəndidə də bayrağımız ucalacaq, digər məsələlər də öz həllini tapacaq. Sadəcə, kəmhövsələ olmaq lazım deyil, hər şey düşünülmüş plan üzrə gedir, imkan verək kişi işini görsün. 30 gözləmişik, biraz da gözləyək. Hamımızı təbrik edirəm!

Azər Qəribov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!