“Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi” - David İşxanyan

saytların hazırlanması

Evə çatdırılma

“Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi” - David İşxanyan

Kriminal

03 Aprel 2025 19:57 420


Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçısının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi barədə sualını cavablandırıb.

Yenisabah.az xəbər verir ki, “Daşnaksütyun” partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında deyib: “O dövr üçün mən deyə bilmərəm, çünki o dövrdə çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nələr olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 4-də davam etdiriləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!