Su polisi 6 brakonyeri saxladı

saytların hazırlanması

Evə çatdırılma

Su polisi 6 brakonyeri saxladı

Kriminal

06 Mart 2023 11:23 885


DİN-in Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Neftçala rayonunda növbəti profilaktik tədbir həyata keçirib.

Yenisabah.az xəbər verir ki, tədbir zamanı Neftçala rayon sakinləri Cəsarət Bəşirov, Yaşar Ayazov, Nəhməd Babayev, İsmayıl Rəsulov, Turab Süleymanov və Bilal Hüsenov qanunla istifadəsi qadağan olunmuş balıqovlama alətləri ilə körpə balıq ovladıqları üçün saxlanılıblar.

Həmin şəxslərdən qadağan olunmuş balıq ovu alətləri və 360 metr uzunluğunda sintetik tor maddi sübüt kimi götürülüb. Dördpendirli pizza

Su Polisləri tərəfindən Xaçmaz rayonunda keçirilən tədbir zamanı isə Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli və digər növdən olan balıqların ovlandığı müəyyən edilib. Araşdırma zamanı körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan həvəskar balıqçı adı altında tutulub satılmasını təşkil edən şəxslər müəyyən edilərək saxlanılıblar. Qeyd edilən faktlarla bağlı həmin şəxslər barəsində akt və inzibati xəta haqqında protokollar tərtib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!