“Su təsərrüfatından istifadə üçün Azərbaycanın imkanları məhduddur. Bunun aradan qaldırılması üçün su anbarları yaradlmalıdır”.
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda müzakirə zamanı bildirib.
“Vətəndaşın sudan istifadə ilə bağlı yeni münasibət sərgiləməsinə ehtiyac var. Bunun da üzərinə hansısa qaydada gedilməlidir” - deyə deputat əlavə edib. Marqarita pizza
F.Ağamalı qeyd edib ki, bir çox yerlərdə çaylar, sular axıb gedir, onların hamısını bir yerə yığıb təsərrüfatda istifadə edilməsinə nail olmaq lazımdır.
Deputat eyni zamanda yeni yaşayış massivlərində kanalizasiya sistemi ilə bağlı problemlərin olduğunu və təkmilləşməyə ehtiyac olarsa bu məsələyə diqqətlə yanaşılmasını vacib sayıb.
Telegram kanalımız