Sudan Prezidenti İlham Əliyevi təbrik etdi 

saytların hazırlanması

Evə çatdırılma

Sudan Prezidenti İlham Əliyevi təbrik etdi 

Siyasət

14 Fevral 2024 10:44 466


Bu gün Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə prezident seçkilərində növbəti inamlı qələbəsi münasibəti ilə təbrik teleqramı göndərib. 

Yenisabah.az xəbər verir ki, Sudan Respuklikasının Bakıdakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, teleqramda deyilir: 

“Zati Aliləri.  Dördpendirli pizza

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Sizi Sudan hökuməti, Sudan xalqı və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Sudan münasibətlərində, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında müxtəlif sahələrdə iki tərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə işləməyi arzulayıram.

Zati Alilərinə yenidən prezidentlik dövründə uğurlar və nailiyyətlər, xalqınız üçün firavanlıq və tərəqqi arzulayıram”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!