Simonyan: Demarkasiya xəttinə yenidən baxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Simonyan: Demarkasiya xəttinə yenidən baxılmayacaq

Dünya

21 May 2024 17:23 589


"Azərbaycanla növbəti delimitasiya mərhələsinin hansı sahədə aparılacağı barədə hələlik məlumat yoxdur".

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O vurğulayıb ki, Kirants (Qızılhacılı - red.) kəndi ərazisində mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq. pizza

Spikerin sözlərinə görə, proses yekun sərhədin müəyyənləşdirilməsi üçün zəmin yaradır.

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının 9-cu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!