Sülhməramlılar Baku TV-yə qarşı təxribat törətdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar Baku TV-yə qarşı təxribat törətdi - Video

Hadisə

14 Dekabr 2022 22:43 1103


Rusiya sülhməramlı qüvvələri Şuşa-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandıran Baku TV-nin əməkdaşına qarşı təxribat törədiblər.

Belə ki, hərbi müxbir Fərdin İsazadənin çəkilişinə mane olmaq məqsədi ilə sülhməramlılar dəbilqələrinin üzərinə yerləşdirdikləri fənərin işığını yandırırlar.

Sülhməramlıların çəkilişə mane olmasına baxmayaraq, Fərdin İsazadə “İş qadınlarına dəstək” İctimai Birliyinin sədri Vəfa Muradzadədən açıqlama alıb. Pepperoni pizza

“Biz əlimizdə silah yox, sülh elçisi olan göyərçinlərlə gəldik. 44 günlük müharibənin rəmzi olaraq 44 göyərçin uçurtduq”, - deyə V.Muradzadə qeyd edib.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!