Sülhün əldə edilməsi üçün bu şərtlərin yerinə yetirilməsi mütləqdir -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

Sülhün əldə edilməsi üçün bu şərtlərin yerinə yetirilməsi mütləqdir - Politoloq

Siyasət

29 Mart 2021 14:46 917


“Aprelin 2-də  Rusiyada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşü baş tutacaq. Bu görüşdə kommunikasiyaların açılması müzakirə ediləcək. Azərabaycan konkret təkliflərlə belə bir görüşə qatılmalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, ilk olaraq Ermənistan tərəfi Qarabağa rəsmi şəxslərini göndərməməlidir: pizza mizza

“İkincisi, Ermənistan rəsmiləri Qarabağ münaqişəsi adından imtina etməlidir. Üçüncüsü, silahlı erməni birləşmələri Qarabağda ləğv edilməlidir. Dördüncü, Ermənistan Qarabağa vəsait ayırmamalıdır. Beşinci, sülhməramlı qüvvələrinin fəaliyyəti dəqiqləşdirilməlidir. Rusiya tərəfi prosesi əngəlləyir və silahlı erməni birləşmələrinin ərazilərdən çıxarılmasında maraqlı görünmür.

Ermənistan tərəfi kommunikasiyaların açılmasında maraqlıdır. Amma sülhün əldə edilməsi üçün şərtlərin yerinə yetirilməsi mütləqdir. Rusiya isə sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ermənistan tərəfi seçkiyə qədər Rusiyanın istəklərini yerinə yetirəcək. Seçkidən sonra Ermənistanda siyasi mənzərə formalaşacaq. Rəsmi Bakı öhdəlikərin yerinə yetirilməsini konkret tələb etməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!