Sumqayıt sakinlərinə xəbərdarlıq - Bu gecə...

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt sakinlərinə xəbərdarlıq - Bu gecə...

Sosial

29 Oktyabr 2024 19:46 1177


Bu gecə Sumqayıt şəhərinin bir sıra yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilir ki, Sumqayıt RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bəzi ərazilərdə 10/35/6 kV-luq 135 saylı yarımstansiyada həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar oktyabrın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq. Sezar pizza

Bununla əlaqədar olaraq, saat 00:00-dan saat 03:00-dək Sumqayıtın 3, 7-8-12, 10, 15, 16, 21, 22, 29, 36, 39, 41a, 41, 42, 76-cı məhəllələr, 1, 2, 3, 4, 8-ci mikrorayonlar, İnşaatçılar, Katec qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!