Sumqayıtda dəhşətli qəza: İki mikroavtobus toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda dəhşətli qəza: İki mikroavtobus toqquşdu

Kriminal

06 Yanvar 2024 08:58 1252


Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini 1962-ci il təvəllüdlü Nazim Əyyub oğlu Əliyevin idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusla 1973-cü il təvəllüdlü Elxan Qulu oğlu Məmmədovun idarə etdiyi “Mercedes-Benz” markalı 521 saylı marşrut mikroavtobusu toqquşub.

Nəticədə 521 saylı marşrutda olan sərnişinlər 1986-cı il təvəllüdlü Elmina Məhəmməd qızı Məmmədova, 1973-cü il təvəllüdlü Vəfa Qardaşxan qızı Adıyeva, 2007-ci il təvəllüdlü Sevda Zaur qızı Məmmədli və 1998-ci il təvəllüdlü Türkan Atakişi qızı Atakişiyeva xəsarət alıblar. pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!