Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanıldılar

Kriminal

04 Fevral 2024 16:29 1103


Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb. pizza mizza

Ondan bir ədəd “Kalaşnikov” markalı avtomat silah, bir ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!