Sumqayıtda əməliyyat zamanı 20 kiloqram narkotik vasitə aşkarlanıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əvvəllər məhkum olunmuş 38 yaşlı Kamil Məmmədov qeyd edilən əməldə şübhəli bilindiyi üçün saxlanılıb.
Ondan ümumilikdə 20 kiloqram, o cümlədən 12 kiloqram marixuana, 8 kiloqram tiryək və metamfetamin, eləcə də 200 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Dördpendirli pizza
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız