Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 250 m² olan obyektin (hazırda fəaliyyət göstərmir) 1 otağına yığılan taxta tullantıları 20 m² sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan mənzilin bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi qismən yanıb. Toyuqlu pizza
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Obyekt və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız