Ermənistanın Sünik vilayətinin sakinlərindən Baş nazir Nikol Paşinyanın müraciətinə cavab gəlib.
Yenisabah.az erməni KİV-inə istinadən xəbər verir ki, Paşinyanın vilayətə gəlişinə etiraz edən sakinlər baş nazirlə ümumiyyətlə danışmaq istəmədiklərini bildirirlər.
Gorus şəhər bələdiyyəsinin sədr müavini Menua Hovsepyan deyib ki, onunla danışacaq heç nə yoxdur. “Paşinyan danışmağa gəlirdisə, gecə şəhərin meri Aruş Aruşanyanı həbs etdirməzdi”, - deyə bələdiyyə sədrinin müavini bildirib. Marqarita pizza
Hovsepyan merin hansı əsasla həbs edildiyini bilmədiklərini deyib. O əlavə edib ki, Sünikin girişində toplaşan əhali qətiyyətlidir və onlar baş naziri vilayətə buraxmamaqda israrlıdır. “Hökumətin səlahiyyətli şəxsləri qorxurlar. Buna görə də İrəvandan buraya polis qüvvələri cəlb edilib. Bütün bunlar yalnız gərginliyi artırmağa və dialoqa gedən yolu bağlamağa xidmət edir”, - deyə o vurğulayıb.
Telegram kanalımız