Nərimanov rayonu üzrə Mənzil Kommunal Təsərrüfat Birliyində (MKTB) çalışan işçilərin maaşlarının kəsildiyi bildirilir.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə süpürgəçi qadınlarn sosial şəbəkələrdə etiraz videosu yayıblar.
Onlar Prezident İlham Əliyevə müraciət edərək bildiriblər ki, Mənzil Kommunal Təsərrüfat Birliyi maaşlarından aylardır 100 manat kəsir, hələ yanvar ayınadək də maaşlarının kəsiləcəyi deyilib. Dördpendirli pizza
Sosial şəbəklərdə digər fəhlələrin yaydıqları məlumatlara görə, son 3 ildə ilidə maaşlardan, məzuniyyət məbləğlərindən kəsintilər olub. Haqlarını tələb edən işçilər “qarışıqlıq salma” bəhanəsi ilə xüsusi bəndlərlə işdən çıxarılıblar. Gün ərzində 16-17 saat işləməyə məcbur edildiyi hallar da olub. İşçilərin tələbi işə geri qaytarılmaları, maaşlarının kəsilməməsi, normal iş mühitinin təmin edilməsidir.
Telegram kanalımız