“Suqovuşan su anbarı mühafizəyə götürülüb” – Kəmaləddin Heydərov

saytların hazırlanması

Evə çatdırılma

“Suqovuşan su anbarı mühafizəyə götürülüb” – Kəmaləddin Heydərov

Sosial

16 Dekabr 2020 09:01 1018


Suqovuşan su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir.

Bununla bağlı Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində məlumat verib. 

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb”, - o bildirib. Toyuqlu pizza

Nazir qeyd edib ki, erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Onun sözlərinə görə, bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!