“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda yer alan sosial infrastruktur layihələri arasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı məsələlərin həlli istiqamətində də Suraxanı rayonunda işlər davam etdirilir.
Yenisabah.az xəbər verir ki, bu barədə Suraxanı rayon İcra hakimiyyətindən bildirilib. Qeyd olunub ki, Proqrama uyğun olaraq hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində asfalt örtüyünün salınması işləri aparılır.
Telegram kanalımız