Suraxanı rayonunun qəsəbələrinin abadlaşdırılması istiqamətində işlər davam etdirilir.
Yenisabah.az xəbər verir ki, əhalinin istirahəti, sağlam həyat tərzinin formalaşdırılması üçün müvafiq şəraitin yaradılması məqsədilə qəsəbələrdə yeni abad məhəllələr, istirahət parkları salınır, küçələr asfaltlanır, piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilər təmir olunur və yeniləri qurulur.
Son dövrdə rayonun küçə və məhəllələrində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olub. pizza hut
Hazırda rayonun Əmircan qəsəbəsində piyadaların daha çox istifadə etdikləri Park və Balandin küçələrini birləşdirən yolda əsaslı yenidənqurma işləri aparılır. Sözügedən yolda ətraf ərazinin ümumi görünüşünə xələl gətirən kommunikasiya xətləri nizamlanır, əhalinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu bordur düzülərək yeni səkilər salınır. Eyni zamanda küçənin asfalt örtüyünün yenilənməsi, həmçinin yol kənarındakı ağacların budanması, səliqə-səhman yaradılması işləri də aparılır.
Telegram kanalımız