Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması işləri davam etdirilir.
Yenisabah.az xəbər verir ki, hazırda rayonun, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində asfalt örtüyünün yenilənməsi işlərinə başlanılıb. İllərdir təmir edilməyən sözügedən yolun istismar olunması nəticəsində çalalar əmələ gəlib ki, bu da öz növbəsində gediş-gəlişdə problemlərə səbəb olurdu. Cəbrayıl Xanməmmədov küçəsində bordurlar dəyişdirilərək 11 000 kv.metr asfalt örtüyü salınır. Həmçinin, küçədə piyada səkilərinin salınması, işıq dirəklərinin quraşdırılması da nəzərdə tutulub.
Yolların yenidən qurulması sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır. Sezar pizza
Telegram kanalımız