Suraxanıda məhəllədaxili yolların asfaltlanması davam etdirilir   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda məhəllədaxili yolların asfaltlanması davam etdirilir - Fotolar

Sosial

09 Dekabr 2020 16:23 705


Suraxanı rayonunda 2019-cu ilin sonlarından icrasına başlanılan və yüksək sürətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir.

Yenisabah.az xəbər verir ki, rayon ərazisində müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması prioritet məsələlərdən biridir və daim diqqət mərkəzində saxlanılır.

Rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələri asfaltlanır. Pepperoni pizza

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə və İlqar Məmmədov küçələrində də sıradan çıxmış yollarda təmir-bərpa işləri aparılaraq asfalt örtüyü salınıb.

Qeyd edək ki, sakinlərin müraciətləri nəzərə alınaraq rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!