Sürət yarışı keçirən sürücülər saxlanıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Sürət yarışı keçirən sürücülər saxlanıldı - FOTO

Kriminal

28 Fevral 2025 10:15 348


İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a bildirilib ki, sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub. pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!