Türkiyə rəsmiləri Ankara-Dəməşq münasibətlərini normallaşdırmağa çalışırlar.
Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın mənbələr bildiriblər.
Onların sözlərinə görə, Suriya hökuməti ilə gizli danışıqlar aparılır. pizza hut
"Hazırkı məqam Suriya probleminin həlli üçün ən yaxşı fürsətdir. Ankara Dəməşq hökuməti ilə bütün təmaslarında üç şeyi vurğulayır: Suriyanın vahid strukturunun və ərazi bütövlüyünün qorunması, ölkəyə qayıdan qaçqınların təhlükəsizliyinin təmin edilməsi və Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətinə qadağa", - deyə mənbə bildirib.
Türkiyə bu mühüm mesajları Suriya hökumətinə çatdırıb. Suriya prezidenti Bəşər Əsədin BƏƏ-yə səfəri də bununla əlaqələndirilir.
Telegram kanalımız