Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsib.
Yenisabah.az SANA-ya istinadla xəbər verir ki, bu barədə ərəb respublikasının Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.
Bu addım Ukrayna tərəfinin qarşılıqlılıq prinsipinə uyğun hərəkətlərinə cavab olaraq atılıb. pizza hut
“Ukrayna hökuməti 2018-ci ildə Kiyevdəki səfirlikdə işləyən suriyalı diplomatlara viza müddətinin uzadılmasından imtina etdikdən sonra Suriya ilə əlaqələri praktiki olaraq kəsib. Bu, onların diplomatik vəzifələrini yerinə yetirməsini qeyri-mümkün edib və Suriya səfirliyi Ukrayna hakimiyyətinin düşmən münasibətinə görə fəaliyyətini dayandırmağa məcbur olub”, - deyə XİN-in bəyanatında deyilir.
Xatırladaq ki, iyunun 30-da Ukrayna XİN rəsmi Dəməşqin "LXR" və "DXR"-i tanımaq qərarına cavab olaraq konsulluq əlaqələrini kəsmədən Suriya ilə diplomatik münasibətləri kəsdiyini elan edib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna tərəfi hələ 2016-cı ildə Dəməşqdəki səfirliyi bağlayıb, həmçinin 2018-ci ildə Suriyanın Kiyevdəki səfirliyinin bağlanması barədə göstəriş verib.
Suriyadakı ukraynalıların maraqları Ukraynanın Livandakı səfirliyi tərəfindən qorunur.
Telegram kanalımız