İyulun 27-də Suriyanın Haseka əyalətində ölkənin şimal-şərqində yerləşən Amerika hərbi bazası raketlərlə vurulub.
Yenisabah.az xəbər verir ki, bu barədə "SANA" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vurulan hərbi baza əyalətin cənubundakı Əş-Şəddad şəhəri rayonunda yerləşir. Sezar pizza
"Al Mayadeen" telekanalı xəbər verir ki, Amerika hərbi bazasına yalnız üç raket atılıb. Onlardan biri uçuş zonasından 200 metr aralıda, digər ikisi kazarma yaxınlığında yerə düşüb. Bütün mərmilər Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan İraqla həmsərhəd Tel Eş Şayir bölgəsindən atılıb.
Telegram kanalımız