Suriyada İŞİD lideri Maher əl-Aqal ABŞ ordusunun hava zərbəsi zamanı məhv edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.
ABŞ Mərkəzi Komandanlığı qüvvələri Suriyanın şimal-qərbində pilotsuz uçan aparatlardan zərbə endirib. pizza mizza
“İŞİD-in ilk beş liderindən biri və İŞİD-in Suriyadakı lideri Maher əl-Aqal bu zərbə nəticəsində öldürülüb”, - deyə məlumatda qeyd olunur.
Maher əl-Aqal İŞİD şəbəkəsinin İraq və Suriyadan kənarda aktiv inkişafına görə məsuliyyət daşıyırdı.
ABŞ ordusunun məlumatına görə, hava zərbəsi nəticəsində İŞİD-in daha bir yüksək rütbəli lideri ağır yaralanıb.
Telegram kanalımız