Sürücü onu vuran qadını avtobusdan təpiklə çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Sürücü onu vuran qadını avtobusdan təpiklə çıxardı

Hadisə

29 İyun 2022 17:48 5101


Sumqayıtda sürücü ilə sərnişin arasında dəhşətli insident yaşanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 16-da baş versə də, videogörüntüləri yeni yayılıb.

Hadisə Sumqayıtda 12 saylı sərnişin avtobusunda baş verib. Belə ki, sərnişinlə sürücü arasında yaranan mübahisə xəsarətlə yekunlaşıb. Dördpendirli pizza

Qadın sərnişin sürücünü ağır formada təhqir edir və əl çantası ilə ona hücum çəkir. Sükan arxasında olan sürücü isə əvvəlcə sərnişinə cavab olaraq təhqir səsləndirir. Sərnişinin ona hücum çəkməsindən qəzəblənən sürücü qadını təpiklə itələyərək avtobusdan atır. Hadisə zamanı qadın qapıdan yola yıxılır.

İlkin məlumata görə, mübahisəyə səbəb kimi sürücünün sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə etiraz etməsi olub. Qadının xəsarət aldığı deyilir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır:

“Məsələ ilə bağlı təhqiqat aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edilib ki, 12 saylı avtobusun sürücüsü A.Kosayev işdən çıxarılıb. Faktla bağlı xəsarətlərin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!