Sürücülərin NƏZƏRİNƏ! -   Sabahdan...

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ! - Sabahdan...

Sosial

31 Oktyabr 2024 20:06 862


COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin zolaqlardan oktyabrın 31-i günün sonunadək minik avtomobilləri də istifadə edə bilər.

Bu barədə Yenisabah.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

1 noyabr tarixindən isə 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır. pizza hut

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!